Fabinyo “Əl-İttihad”da! – “Liverpul”un qazancı bəlli oldu

Futbol üzrə Braziliya yığmasının və İngiltərənin “Liverpul” klubunun dayaq yarımmüdafiəçisi Fabinyo “Əl-İttihad”a keçib.

Arena.az bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

29 yaşlı futbolçu yeni klubu ilə 3 illik sözləşməyə imza atıb. Onun transferi “Liverpul”a 46,7 milyon avro qazandırıb.

Fabinyo 2018-ci ilin iyul ayında “Monako”dan 45 milyon avro qarşılığında “Liverpul”a keçmişdi. O, “qırmızılar”ın heyətində ümumilikdə 219 qoyuna çıxıb, 11 qol vurub, 10 məhsuldar ötürmə verib.

Təcrübəli oyunçu daha öncə “Monako” (233 oyun, 31 qol, 21 assist) və “Real”da (1 oyun, 1 assist) da forma geyinib. O, Braziliya milli komandasında da 29 matça çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: