“Qarabağ” Avropa Liqasında Finlandiya klubuna rəqib oldu

UEFA Çempionlar Liqasında mübarizəni dayandıran “Qarabağ”ın Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisi bu raundda Finlandiyanın HJK komandası ilə mübarizə aparacaq.

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda Norveçin “Molde” komandasına 0:2 hesabı ilə uduzan Helsinki təmsilçisi Azərbaycan çempionuna rəqib olub. Halbuki, bir həftə baş tutan ilk qarşılaşmada HJK qələbə qazanmışdı – 1:0.

Azərbaycan çempionu isə qitənin bir nömrəli klub turnirində Polşa çempionu “Rakuv”la bacarmayıb. Səfər matçında 2:3 hesabı ilə uduzan Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda heç-heçəyə razılaşıb – 1:1. Bu üzdən də təmsilçimiz mübarizəni Avropa Liqasında davam etdirməli olacaq.

Xatırladaq ki, “Qarabağ” bu mövsüm UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllüttariq çempionu “Linkoln”dan güclü olmuşdu. Komandamız səfərdə 2:1, doğma meydanda 4:0 hesablı qələbələrə sevinmişdi. HJK isə ÇL-in 1-ci təsnifat mərhələsində Şimali İrlandiyanın “Larne” komandasını mübarizədən kənarlaşdırmışdı – evdə 1:0, səfərdə 2:2.

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları 10, cavab görüşləri isə 17 avqustda baş tutacaq. Püşkə əsasən Azərbaycan çempionu ilk oyununu evdə, cavab görüşünü səfərdə keçirəcək.

Sonda Avropa Liqasında 3-cü təsnifat mərhələsinin bütün cütlərini təqdim edirik:

Avropa Liqası
3-cü təsnifat mərhələsi

Çempionlar yolu

“Jalgiris” (Litva) – “Haken” (İsveç)

“Qarabağ” (Azərbaycan) – HJK (Finlandiya)

“Zrinski” (Bosniya və Herseqovina) – “Breydablik” (İslandiya)

“Şerif” (Moldova) – BATE (Belarus)

“Astana” (Qazaxıstan) – “Ludoqorets” (Bolqarıstan)

Əsas yol

“Olimpiakos” (Yunanıstan) – “Genk” (Belçika)

“Slaviya” (Praqa, Çexiya) – “Dnepr-1” (Ukrayna)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: