Planları pozulan HJK Bakıya 21 futbolçu ilə gəlir

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”ın qonağı olacaq Finlandiyanın HJK komandası Bakıya 21 futbolçu ilə gəlir.

Arena.az xəbər verir ki, bu barədə Helsinki klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, zədədən əziyyət çəkən Deyan İliyev, Valtteri Moren, Oliver Petterson, Matti Peltola, Aleksi Paananen və Roope Riski Azərbaycana gətirilməyib.

Bakıya gələn heyətdə 3 qapıçı, 8 müdafiəçi, 6 yarımmüdafiəçi və 4 hücumçu yer alıb:

Qapıçılar: 1. Yesse Öst, 85. Niki Maenpaa, Aleks Ramula;

Müdafiəçilər: 2. Tuomas Ollila, 3. Nikolas Hamalaynen, 4. Yoona Toyvio, 5. Kristofer Da Qrasa, 6. Aapo Halme, 15. Miro Tenho, 22. Yukka Raytala, 27. Kevin Kuassivi-Benissan;

Yarımmüdafiəçilər: 8. Filip Roqiç, 10. Lukas Linqman, 18. Topi Keskinen, 23. Pyuryu Soyri, 24. Georgios Kanellopulos, 56. Perparim Hetemay;

Hücumçular: 7. Santeri Hostikka, 9. Boyan Raduloviç, 29. Entoni Olusanya, 37. Atomu Tanaka.

Qeyd edək ki, Finlandiya klubunun Bakıya səfər proqramında dəyişiklik edilib. Buna sözügedən komandanı Azərbaycana gətirməli olan çarter reysinin yubanması səbəb göstərilir. Bu üzdən Helsinki təmsilçisi Azərbaycan paytaxtına gecə saatlarında təşrif buyuracaq. Baş məşqçi Toni Konkeakunnasın mətbuat konfransı və komandanın oyunöncəsi son məşqi də ləğv olunub.

“Qarabağ”ın Finlandiya təmsilçisi ilə ilk oyunu sabah – avqustun 10-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bu oyuna saat 20:00-da start veriləcək. Cavab görüşü isə bir həftə sonra Helsinki şəhərində keçiriləcək. Həmin oyunun da start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.

Xatırladaq ki, HJK – “Qarabağ” cütünün qalibi Avropa Liqasının pley-off mərhələsində UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Olimpiya” (Lyublyana, Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün məğlubu ilə qarşılaşacaq.

Azərbaycan və Finlandiya təmsilçilərinin duelindən məğlub ayrılacaq komandanı isə Avropa Konfrans Liqasının pley-off mərhələsində “Farul” (Rumıniya) – “Flora” (Estoniya) cütünün qalibi ilə görüşlər gözləyir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: