Almaniyanın “Ayntraxt” klubunu bu yay azad agent kimi tərk etmiş yapon yarımmüdafiəçi Daiti Kamada “Latsio”ya keçib.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
27 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.
Daiti Kamada 2017-ci ildən “Ayntraxt”ın formasını geyinirdi. O, Frankfurt təmsilçisində bütövlükdə 179 oyun keçirib, 40 qol və 33 assistlə yadda qalıb. 26 yaşlı futbolçu Yaponiya millisində də 29 matça çıxıb, 6 qol vurub.
“Latsio” Danimarkanın “Mitdyulland” klubunun sağ cinah vingeri Qustav İsakseni də transfer edib. A Seriyası təmsilçisi bu transfer üçün 12 milyon avrosundan keçib. Danimarkalı 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Qustav İsaksen “Midtyulland”ın öz yetirməsidir. O, 2019-cu ildən əsas komandasında oynadığı bu klubda 139 oyuna 33 qol vurub, 18 məhsuldar ötürmə müəllifi olub. İsaksen Danimarkanın müxtəlif yaş qrupları üzrə yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.
“Latsio”dan verilən məlumata görə, Kamada yeni komandasında 6 nömrəli formanı geyinəcək. İsaksen isə 18 nömrəli formanı seçib.


