Liqa 1: Mövsümün ilk matçında heç-heçə

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünə start verilib. Arena.az xəbər verir ki, 1-ci turun ilk oyun günündə cəmi bir qarşılaşma baş tutub.

Turun və mövsümün açılış oyununda “Nitsa” və “Lill” komandaları üz-üzə gəliblər. Mövsümün ilk qolunu “Nitsa”nın futbolçusu Qaetan Labord vurub. Amma onun komandası üstünlüyünü son anda əldən verib. Beləcə, mövsümün ilk matçında qalib müəyyənləşməyib.

Xatırladaq ki, ilk turun qalan oyunları şənbə və bazar günlərinə təsadüf edəcək.

Fransa, Liqa 1
1-ci tur
11 avqust

Nitsa – Lill 1:1
Qollar: Labord, 19 – Diakite, 90+4.

12 avqust

19:00. Olimpik (Marsel) – Reyms
23:00. PSJ – Loryan

13 avqust

15:00. Brest – Lans
17:00. Klermon – Monako
17:00. Monpelye – Havr
17:00. Nant – Tuluza
19:05. Renn – Mets
22:45. Strasburq – Olimpik (Lion)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: