Ramin Nəsirli “Liepaya”ya qarşı 71 dəqiqə oynadı

Azərbaycanlı yarımmüdafiəçi Ramin Nəsirli Latviyanın “Dauqavpils” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, bu gün Latviya çempionatının 26-cı turu çərçivəsində baş tutan “Liepaya” ilə matçın iştirakçısı olub.

“Dauqavpils” bu rəqiblə səfərdə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası medallar uğrunda mübarizə aparan güclü rəqiblə qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 1:2.

Ramin bu matçın start heyətində meydana çıxıb və 71-ci dəqiqədə əvəzlənib. Əvvəlki turlarda 2 qol və 2 assist müəllifi olmuş azərbaycanlı yarımmüdafiəçi bu dəfə də fərqlənə bilməyib.

“Dauqavpils” 26 turdan sonra 25 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb. “Liepaya” isə 39 xalla üçüncüdür.

Müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin Nəsirli “Dauqavpils”də 2023-cü ilin sonuna kimi icarə əsasında çıxış edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: