Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 1-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
“Başakşəhər” səfərdə “Alanyaspor”la qarşılaşıb. İstanbul təmsilçisi hər hissənin sonunda buraxdığı qollar nəticəsində mövsümə uğursuz start verib.
Son matç isə “Fatih Karagümrük”lə “Beşiktaş” arasında baş tutub. Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “qara qartallar” bu oyundan minimal hesabla qalib ayrılıblar. Matçdakı yeganə qolu son dəqiqələrdə Jedson Fernandes vurub.
Xatırladaq ki, “Neftçi” doğma meydanda keçirdiyi ilk oyunda “Beşiktaş”a 1:3 hesabıyla uduzub. Bu komandalar arasındakı cavab qarşılaşması ayın 17-də İstanbulda keçiriləcək.
Türkiyə, Super Liqa
1-ci tur
11 avqust
Trabzonspor – Antalyaspor 1:0
Qol: Densvil, 8.
12 avqust
Kasımpaşa – Ankaragücü 3:2
Qollar: A.Kara, 30. M.Fall, 69. B.Uanes, 90+3 – E.Bəkiroğlu, 73. R.Cephas, 78.
Konyaspor – İstanbulspor 1:1
Qollar: Çikalleşi, 86 – İ.Yılmaz, 6.
Kayserispor – Qalatasaray 0:0
Pendikspor – Hatayspor 1:5
Qollar: Turam, 90+3 – Strandberq, 3. G.Sağlam, 23. B.Yıldırım, 46. Dele-Başiru, 57; 85.
13 avqust
Sivasspor – Samsunspor 1:1
Qollar: Njie, 11 – Van Drongelen, 78.
Adana Dəmirspor – Rizəspor 2:1
Qollar: Belhanda, 27. Y.Ərdoğan, 90+1 – Mari, 87.
Fənərbaxça – Qaziantep 2:1
Qollar: Dzeko, 3; 18 – A.Kızıldağ, 45+5.
14 avqust
Alanyaspor – Başakşəhər 2:0
Qollar: Novais, 45+4. K.Eduardo, 90+6.
Fatih Karagümrük – Beşiktaş 0:1
Qol: J.Fernandes, 85.


