“Qarabağ” bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Finlandiyada HJK ilə cavab oyununa çıxacaq.
Arena.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı komanda Bakıda baş tutan ilk qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrılıb.
Bu komandalar arasındakı cavab görüşü bu gün Helsinki şəhərində keçiriləcək. Cavab oyununun start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.
Artıq komandaların bu oyun üçün start heyətləri də məlumdur.
Xatırladaq ki, HJK – “Qarabağ” cütünün qalibi Avropa Liqasının pley-off mərhələsində “Olimpiya” (Lyublyana, Sloveniya) ilə qarşılaşacaq.
Azərbaycan və Finlandiya təmsilçilərinin duelindən məğlub ayrılacaq komandanı isə Avropa Konfrans Liqasının pley-off mərhələsində “Farul”la (Rumıniya) görüşlər gözləyir.
Avropa Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
17 avqust
20:00. HJK – “Qarabağ”
Baş hakim: Villi Delayod (Fransa).
Helsinki. “Bolt Arena”.
HJK: 85. Niki Myanpa, 2. Tuomas Ollila, 4. Yoona Toyvio, 9. Boyan Raduloviç, 10. Lukas Linqman, 15. Miro Tenho (k), 18. Topi Keskinen, 22. Yukka Raytala, 24. Georgios Kanellopulos, 27. Kevin Kuassivi-Benissan, 7. Santeri Hostikka.
Ehtiyat oyunçular: 1. Yesse Öst, 78. Aleks Ramula, 3. Nikolas Hyömyölöynen, 5. Kristofer Da Qrasa, 6. Aapo Halme, 8. Filip Rogiç, 11. Roope Riski, 14. Matti Peltola, 17. Hassane Bande 29. Entoni Olusanya, 56. Perparim Hetemay, 37. Atomu Tanaka.
Baş məşqçi: Toni Korkeakunnas.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev (k), 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzya, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 18. Junino, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.


