Liqa 1: “Monako” və “Brest” itkisiz irəliləyir

Futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 2-ci turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha altı qarşılaşma baş tutub.

“Loryan” – “Nitsa” və “Lans” – “Renn” matçlarında qalib müəyyənləşməyib. “Lill” “Nant”ı, “Reyms” “Klermon”u, “Monako” da “Strasburq”u məğlub yola salıb. Üç qolun qeydə alındığı “Havr” – “Brest” matçında isə qonaqlar qələbə qazanıblar.

İki turdan sonra itkisiz irəliləyən “Monako” və “Brest”in 6 xalı var. “Renn”, “Monpelye”, “Lill”, Marsel “Olimpik”i və “Tuluza” 4 xal toplayıblar. “Reyms” və “Strasburq” 2 tura 3 xal əldə edə bilibsə, “Nitsa, “Loryan” və PSJ-nin 2, “Havr”, “Lans” və “Mets”in 1 xalı var. “Nant”, “Klermon” və Lion “Olimpik”i hələ xal hesabını aça bilməyiblər.

Fransa, Liqa 1
2-ci tur
18 avqust

Mets – Olimpik (Marsel) 2:2
Qollar: Sabali, 65. Mikautadze, 71 – Muqe, 82. Vitinya, 82.

19 avqust

Olimpik (Lion) – Monpelye 1:4
Qollar: Lakazett, 69 – Nordin, 20. Əl-Tamari, 39; 66. Adams, 89.

Tuluza – PSJ 1:1
Qollar: Abuxlal, 87 – Mbappe, 62.

20 avqust

Lill – Nant 2:0
Qollar: David, 66. Unas, 90+3.

Havr – Brest 1:2
Qollar: Kuzyayev 52 – Del Kastilyo, 28. Brassye, 56.

Loryan – Nitsa 1:1
Qollar: Dukure, 77 – Jessan, 64.

Reyms – Klermon 2:0
Qollar: Munetsi, 17. Darami, 84.

Monako – Strasburq 3:0
Qollar: Minamino, 20; 36. Ben Yedder, 58.

Lans – Renn 1:1
Qollar: Maçado, 3 – Buriqe, 53-pen.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: