“Qarabağ” Lyublyanaya yeni transferlərini də apardı

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində “Olimpiya” ilə ilk matç üçün Sloveniyaya yola düşüb.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Ağdam təmsilçisi ilə Lyublyana klubu arasındakı görüş sabah Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında cavab oyunu isə avqustun 31-də Bakıda keçiriləcək.

Yeri gəlmişkən, “Qarabağ” Lyublyana “Olimpiya”sı ilə oyunlar üçün sifariş ərizəsini UEFA-ya təqdim edib. UEFA-nın rəsmi saytında açıqlanmış siyahıda 25 futbolçu yer alıb. Onların arasında yeni legionerlər – rusiyalı qapıçı Andrey Lunyov və braziliyalı müdafiəçi Mateus Silva da var.

Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 23. Luka Quqeşaşvili, 99. Andrey Lunyov;

Müdafiəçilər: 2. Mateus Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 83. Nihad Quliyev;

Yarımmüdafiəçilər: 6. Julio Romao, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Adama Diakabi, 15. Leandro Andrade, 19. Redon Cica, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 66. Patrik Andrade;

Hücumçular: 17. Hamidu Keyta, 18. Juninyo, 90. Nəriman Axundzadə.

Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: