“Olimpiya” – “Qarabağ”: Start heyətlər açıqlandı

Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın “Olimpiya” komandası ilə ilk oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı kollektiv Lyublyana klubuna qarşı ilk matçını səfərdə keçirəcək.

Artıq komandaların 16 min azarkeş tutumuna malik “Stojitse” stadionunda baş tutacaq oyuna hansı heyətlərlə çıxacağı da məlumdur. Komandaların start heyətlərini təqdim edirik:

Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 31-də Bakıda keçiriləcək.

Avropa Liqası
Pley-offun ilk oyunu
24 avqust

22:00. “Olimpiya” – “Qarabağ”
Baş hakim: Georgi Kabakov (Bolqarıstan).
Lyublyana. “Stojitse” stadionu.

Olimpiya: 69. Matevj Vidovşek, 2. Jorj Silva, 3. David Sualehe, 14. Marsel Ratnik, 16. Ahmet Muhamedbeqoviç, 10. Timi Elşnik (k), 19. Svit Seşlar, 34. Aqustin Doffo, 99. Rui Pedro, 11. Saar Fedida, 37. Pedro Lukas.
Ehtiyat oyunçular: 22. Denis Pintol, 31. Jan Mauritsio, 6. Mateo Karamatik, 8. Yustas Lasiçkas, 9. Mustafa Nukiç, 15. Marko Ristiç, 20. Nemanya Motika, 23. Dioqo Pinto, 33. Nemanya Qavriç, 43. Aylaj Krefl, 77. Aldin Yakupoviç.
Baş məşqçi: Joao Enrikes.
Qarabağ: 23. Luka Quqeşaşvili, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzya, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 19. Redon Cica.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 99. Andrey Lunyov, 2. Mateus Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 18. Hamidu Keyta, 18. Juninyo, 20. Riçard Almeyda, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: