Futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 3-cü turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Nant” doğma meydanda “Monako” ilə üz-üzə gəlib.
Altı qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.
Turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Fransa, Liqa 1
3-cü tur
25 avqust
Nant – Monako 3:3
Qollar: M.Məhəmməd, 5-pen; 48. Kastelyetto, 15 – Minamino, 27. Ben Yedder, 58. Boadu, 85.
26 avqust
21:00. Olimpik (Marsel) – Brest
23:00. PSJ – Lans
27 avqust
15:00. Renn – Havr
17:00. Klermon – Mets
17:00. Monpelye – Reyms
17:00. Strasburq – Tuluza
19:05. Loryan – Lill
22:45. Nitsa – Olimpik (Lion)


