Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 3-cü turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha altı qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Renn” – “Havr”, eləcə də qolsuz bitən “Nitsa” – “Olimpik” (Lion) matçlarında qalib müəyyənləşməyib.
“Klermon” evdə “Mets”ə, “Monpelye” isə “Reyms”ə uduzub. “Strasburq” doğma meydanda “Tuluza”, “Loryan” da “Lill” üzərində qələbəyə sevinib.
Beləliklə, 3 turdan sonra 7 xala malik “Monako” və Marsel “Olimpik”i ilk iki pilləni bölüşürlər. “Reyms”, “Brest” və “Strasburq”un 6 xalı var. “Renn”, “Loryan”, PSJ 5, “Monpelye”, “Lill”, “Tuluza”, “Mets” 4 xal toplayıblar. “Nitsa”nın 3, “Havr”ın 2, “Nant”, “Lans” və Lion “Olimpik”inin 1 xalı varsa, sonuncu olan “Klermon” xala həsrətdir.
Fransa, Liqa 1
3-cü tur
25 avqust
Nant – Monako 3:3
Qollar: M.Məhəmməd, 5-pen; 48. Kastelyetto, 15 – Minamino, 27. Ben Yedder, 58. Boadu, 85.
26 avqust
Olimpik (Marsel) – Brest 2:0
Qollar: Mbemba, 4. Sarr, 65.
PSJ – Lans 3:1
Qollar: M.Asensio, 45. Mbappe, 52; 90 – Gilavoqi, 90+4.
27 avqust
Renn – Havr 2:2
Qollar: Blas, 10. Vu, 24 – Alui, 40; 70.
Klermon – Mets 0:1
Qol: Mikautadze, 69.
Monpelye – Reyms 1:3
Qollar: Əl-Tamari, 45+3 – Abdelhamed, 8. Teuma, 41; 56.
Strasburq – Tuluza 2:0
Qollar: Emeqa, 52. Belleqrad, 89.
Loryan – Lill 4:1
Qollar: Abergel, 9. Ponseau, 10. Favr, 62. Le Qoff,67
Nitsa – Olimpik (Lion) 0:0


