Maurisio Poçettino “yerli “trebl” arzusundadır

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino “zadəganlar”la bütün mümkün kubokları qazanmaq arzusunda olduğunu bəyan edib.

Arena.az bu barədə “Football.London”a istinadən məlumat verir. Poçettino bir neçə sualı cavablayıb:

  • Avrokubokların olmadığı bir vaxtda “Çelsi” üçün Liqa Kubokunun əhəmiyyəti varmı?
  • “Çelsi” üçün bütün yarışlar vacibdir. Hazırda vəziyyət yaxşı deyil, çünki zədəlilərimiz çoxdur.
  • Siz “Tottenhem”də demişdiniz ki, sizi Premyer Liqa və Çempionlar Liqasındakı qələbələr müqabilində qiymətləndirəcəklər…
  • Mən bu səhvi təkrarlamağa hazırlaşmıram, çünki bu, bütün həyatım boyu məni təqib edəcək! Mən Liqa Kubokunu, İngiltərə Kubokunu və Premyer Liqanı qazanmaq istəyirəm. Baxaq, görək bundan sonra nə olacaq. “Tottenhem”də heç vaxt qələbə qazanmağı üstün tutduğumu deməmişəm… Məncə…

Xatırladaq ki, “Çelsi” cari mövsümdə avrokublardan kənarda qalıb və mübarizəni daxili yarışlarda aparacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: