Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın “Olimpiya” komandası ilə cavab oyununa çıxacaq.
Arena.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı kollektiv Lyublyana klubuna qarşı ikinci matçını doğma meydanda keçirəcək.
Artıq komandaların Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyuna hansı heyətlərlə çıxacağı da məlumdur. Komandaların start heyətlərini təqdim edirik:
Qeyd edək ki, bu komandalar arasındakı ilk oyunda Ağdam təmsilçisi 2:0 hesablı qələbəyə sevinib.
Avropa Liqası
Pley-offun cavab oyunu
31 avqust
20:00. “Qarabağ” – “Olimpiya”
Baş hakim: Alexandre Hernandes (İspaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Qarabağ: 23. Luka Quqeşaşvili, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzya, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 19. Redon Cica.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 99. Andrey Lunyov, 2. Mateus Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 18. Hamidu Keyta, 18. Juninyo, 20. Riçard Almeyda, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Olimpiya: 69. Matevj Vidovşek, 2. Jorj Silva, 6. Mateo Karamatik, 10. Timi Elşnik (k), 14. Marsel Ratnik, 20. Nemanya Motika, 23. Dioqo Pinto, 34. Aqustin Doffo, 37. Pedro Lukas, 43. Aylaj Krefl, 99. Rui Pedro.
Ehtiyat oyunçular: 22. Denis Pintol, 31. Jan Mauritsio, 8. Yustas Lasiçkas, 9. Mustafa Nukiç, 11. Saar Fedida, 15. Marko Ristiç, 16. Ahmet Muhamedbeqoviç, 17. Admir Bristriç, 21. İvan Posavets, 33. Nemanya Qavriç, 77. Aldin Yakupoviç.
Baş məşqçi: Joao Enrikes.


