Premyer Liqa: “Zirə”nin qələbə seriyası Qəbələdə qırıldı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 5-ci turunun oyunları keçirilir.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Qəbələdə baş tutub.

Mövsümə çox pis başlamış “Qəbələ” doğma meydanda ardıcıl 4 qələbə qazanmış “Zirə”ni sınağa çəkib. Elmar Baxşıyevin komandası nəhayət ki, bu görüşdə uğursuz gedişata son qoyub və “Zirə”yə ilk xal itkisini yaşadıb. Rəşad Sadıqovun komandası ardıcıl qələbələrin ardından mövsümdək ilk məğlubiyyətinə üzülüb.

Qeyd edək ki, ikinci oyun gününün digər matçında “Sumqayıt” “Neftçi” ilə üz-üzə gələcək. Bu oyuna saat 20:30-da start veriləcək.

Xatırladaq ki, ilk oyun günündə “Sabah” “Turan Tovuz”a 0:3 hesabıyla məğlub olub. “Kəpəz” – “Araz-Naxçıvan” və “Səbail” – “Qarabağ” görüşləri isə sabah baş tutacaq.

Premyer Liqa
5-ci tur
2 sentyabr

“Qəbələ” – “Zirə” 1:0
Qol: Rauf Hüseynli, 20.
Hakimlər: Cavid Cəlilov, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
Qəbələ şəhər stadionu, 18:00.

Qəbələ: 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 10. Omar Hani.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 12. Nicat Əliyev, 24. Xəyal Xudaverdiyev, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 3. Zurab Oçiqava, 72. Osama Xalayla, 17. Yaovi Akakpo, 8. Gilad Abramov.
Baş məşqçi: Elmar Baxşıyev.
Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 16. Fuad Bayramov, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 5. Stefan Akka, 23. Andriya Lukoviç, 70. İssa Cibrila, 7. Filipe Paxtman.
Baş məşqçi: Rəşad Sadıqov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: