BOK Olimpiadanın proqramına yeni idman növləri daxil edir

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Olimpiya Oyunlarının proqramına yeni idman növləri daxil edəcək. Arena.az “Reuters” agentliyinə istinadən məlumat verir ki, BOK 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarının proqramına hansı idman növlərinin əlavə ediləcəyinə sentyabrın 8-də qərar verəcək.

Bu günə qurumun icra şurasının iclası nəzərdə tutulub. Şura BOK-un prezidenti Tomas Bax, 4 vitse-prezident və 10 digər üzvdən ibarətdir.

Müvafiq qərar daha sonra təşkilatın bütün üzvlərinin iştirakı ilə BOK-un oktyabrın 15-17-si aralığında Mumbayda keçiriləcək iclasında təsdiqlənməlidir.

2028-ci il Olimpiadasına əlavə oluna biləcək doqquz idman növünə bayraq-futbol, karate, kikboksinq, beysbol-softbol, lakross, breyk-dans, skvoş, avtoidman və kriket daxildir. Qərar yalnız Los-Anceles Oyunlarına şamil ediləcək.

Breyk-dans 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında debüt edəcək, karate 2020-ci ildə Tokioda keçirilmiş Olimpiya Oyunlarının proqramında yer almışdı. Bəzi əvvəlki Olimpiya Oyunlarında olduğu kimi, Yaponiyanın paytaxtındakı turnirdə də beysbol və voleybol proqram çərçivəsində idi. Kriket 1900-cü ildə Olimpiya Oyunlarının, lakross isə 1904-cü və 1908-ci illərdə Olimpiya Oyunlarının bir hissəsi idi.

Tokio və Paris Oyunlarında əlavə idman növünə çevrilən qayayadırmanma, skeytbordinq və sörfinq artıq Los-Ancelesdəki əsas yarış proqramının bir hissəsi hesab edilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: