Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 4-cü turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha altı qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Tuluza” – “Klermon” və “Mets” – “Reyms” matçlarında qalib müəyyənləşməyib.
“Havr” doğma meydanda “Loryan”ı 3, “Nitsa” “Strasburq”u 2, “Lill” isə “Monpelye”ni 1 cavabsız qolla məğlub edib.
Son çempion PSJ də səfərdə Lion “Olimpik”i ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı matçda Paris təmsilçisi darmadağına sevinib.
Beləliklə, 4 turdan sonra 10 xala malik “Monako” vahid liderdir. 8 xalı olan PSJ və Marsel “Olimpik”i 2-3-cü pillələri bölüşürlər. “Reyms”, “Lill”, “Brest”in 7, “Renn”, “Nitsa” və “Strasburq”un 6, “Havr”, “Loryan”, “Tuluza” və “Mets”in 5 xalı var.
Fransa, Liqa 1
4-cü tur
1 sentyabr
Nant – Olimpik (Marsel) 1:1
Qollar: M.Məhəmməd, 39 – Sarr, 4.
2 sentyabr
Brest – Renn 0:0
Monako – Lans 3:0
Qollar: Sinqo, 24. Qolovin, 36. Maripan, 59.
3 sentyabr
Tuluza – Klermon 2:2
Qollar: Abuxlal, 8. Maqri, 14 – Kyei, 34-pen. Oqye, 90+5.
Havr – Loryan 3:0
Qollar: Kuzyayev, 53. Aliui, 70. Mbemba, 90+5.
Lill – Monpelye 1:0
Qol: Y.Yazıçı, 2.
Mets – Reyms 2:2
Qollar: Sabali, 7. Callou, 63 – Diakite, 17. Teuma, 52.
Nitsa – Strasburq 2:0
Qollar: Atala, 45+1. Moffi, 75.
Olimpik (Lion) – PSJ 1:4
Qollar: Tolisso, 74 – Mbappe, 4-pen; 45+1. Hakimi, 20. Asensio, 38.


