İtaliyanın “İnter” klubunun türk mərkəz yarımmüdafiəçisi Hakan Çalhanoğlu “neradzurri”nin ən çox maaş alan futbolçusudur.
Arena.az xəbər verir ki, bu barədə İtaliyanın “Calcio e Finanza” nəşri məlumat yayıb.
Belə ki, nəşr “İnter” futbolçularının maaşları ilə bağlı məlumat dərc edib. Siyahıda Çalhanoğlu Milan təmsilçisinin ən ödənişli futbolçusu kimi göstərilib. Türk futbolçu mövsümdə təxminən 6,5 milyon avro qazanır.
Hücumçular Lautaro Martines və Markus Türam ildə 6 milyon avro məvacib alırlar. Ümumilikdə, “neradzurri” vergilərin çıxılmasına qədər ildə 117,8 milyon avro xərcləyir.
“İnter”in ən çox maaş alan futbolçularının onluğunu təqdim edirik:
- Hakan Çalhanoğlu – 6,5 milyon avro (maaş məbləği vergilərin ödənilməsindən sonra qeyd edilib);
- Lautaro Martines – 6 milyon avro;
- Markus Türam – 6 milyon avro;
- Alessandro Bastoni – 5,5 milyon avro;
- Benjamin Pavar – 5 milyon avro;
- Nikolo Barella – 4,5 milyon avro;
- Stefan de Vrey – 3,8 milyon avro;
- Henrix Mxitaryan – 3,8 milyon avro;
- Marko Arnautoviç – 3 milyon avro.
- Davide Frattezi – 3 milyon avro.
Xatıladaq ki, daha əvvəl müvafiq dərgi “Yuventus”un və “Milan”ın futbolçularının gəlirlərini açıqlayıb.


