ÇL: “Zirə” üçüncü oldu, “Birbaşa” 1/4 finalda dayandı

Azərbaycanın “Birbaşa” və “Zirə” komandaları minifutbol üzrə Çempionlar Liqasının (ÇL) 2023 mövsümünün iştirakçısı olublar.

Arena.az xəbər verir ki, bu il qitənin ən güclüləri Rumıniyanın “Oradea” şəhərində təşkil olunub.

Azərbaycanın hər iki klubunun çıxışı demək olar ki, uğurlu alınıb. “Birbaşa” qrup mərhələsində Yunanıstan, Moldova və Albaniya komandalarına inamlı hesablarla qalib gəlib və maksimum nəticə ilə 1/8 finala yüksəlib. 1/8 finalda Ukrayna klubuna qalib gələn “Birbaşa” 1/4 finalda yerli AEK-ə uduzduğu üçün mübarizəni dayandırıb.

“Zirə”nin çıxışı isə daha uğurlu alınıb. Baxmayaraq ki, 3 komandadan ibarət qrupda yer alan zirəlilər hər iki rəqibinə məğlub olub. Lakin reqlamentə əsasən, üç komandalı digər qrupun sonuncusu ilə pley-off görüşündə üz-üzə gələn Azərbaycan təmsilçisi Slovakiya klubuna qalib gəlməklə 1/8 finala yüksəlib. 1/8 finalda Macarıstan, 1/4 finalda İngiltərə klublarını da üstələyən təmsilçimiz yarımfinala çıxıb. Finala vəsiqə uğrunda görüş “Zirə” üçün uğursuz alınıb. Monteneqro təmsilçisinə uduzan Azərbaycan klubu 3-cü yer uğrunda oynamaq məcburiyyətində qalıb. “Bürünc” uğrunda Rumıniya AEK-i ilə qarşılaşan “Zirə” bu oyundan qalib ayrılmaqla tarixi uğura imza atıb və Çempionlar Liqasının üçüncüsü olub.

Xatırladaq ki, minifutbol üzrə Çempionlar Liqasının qalibi Rumıniyanın “Ayaks Dulkisimo Qalati” komandasına finalda 3:1 hesabıyla qalib gələn “Sabornoq Hrama” (Monteneqro) olub.

Çempionlar Liqası

D qrupu

Birbaşa – Maqufana (Yunanıstan) 3:1
Qollar: Eşqin Tağıyev, 1. Vüsal İsayev, 16. Təmkin Xəlilzadə, 31.

Birbaşa – Volta (Moldova) 4:1
Qollar: Vüsal İsayev, 4. Təmkin Xəlilzadə, 9. Cəfər Cəfərov, 25. Emil Məmmədov, 30.

Birbaşa – Prestij (Albaniya) 3:1
Qollar: Emil Məmmədov, 2; 3. Cəfər Cəfərov, 40.

Xal: Birbaşa – 9. Maqufana – 3. Volta – 3. Prestij – 3.

F qrupu

Zirə – Andezit (Ukrayna) 0:1

Terra Trak (Bolqarıstan) – Zirə 2:0

Zirə – Hidrokres Preşov (Slovakiya) 3:2
Qollar: Mirkamil Əliyev, 11: 13. Ramiz Çovdarov, 20.

Xal: Terra Trak – 4. Andezit – 4. Zirə – 3.

1/8 final

Santo (Macarıstan) – Zirə 0:4
Qollar: Rəvan Kərimov, 11; 16; 37; 39.

Birbaşa – Andezit (Ukrayna) 2:1
Qollar: Emil Məmmədov, 22. 33.

1/4 final

Zirə – ABC Sokker (İngiltərə) 5:0
Qollar: Mirkamil Əliyev, 3. Taleh Babayev, 8. Rəvan Kərimov, 10. Bəxtiyar Soltanov, 11. Pərviz Qaraxanov, 39.

AEK (Rumıniya) – Birbaşa 1:0

Yarımfinal

Sabornoq Hrama (Monteneqro) – Zirə 3:1
Qol: Ramiz Çovdarov, 5.

Üçüncü yer uğrunda oyun

AEK (Rumıniya) – Zirə 1:5
Qollar: Mirkamil Əliyev, 7. Bəxtiyar Soltanov, 9. Rəvan Kərimov, 30. Seymur Məmmədov, 39; 40.

Xəbəri sosial şəbəkələrdə paylaş: