Portuqaliya yığmasının lideri Kristiano Ronaldonun xanımı Corcina Rodriges azarkeşdən qeyri-adi hədiyyə qəbul edib.
Arena.az xəbər verir ki, bir müddət əvvəl rəfiqələri ilə tətildə olarkən, Corcina Almeriyada bir restorana baş çəkib və orada bir azarkeşdən gözlənilməz hədiyyə alıb.
Corcina 80-ci Venesiya Beynəlxalq Film Festivalından bir neçə gün sonra İspaniyanın cənub-şərqindəki Almeriya şəhərinə səyahət edib və gözlənilməz hadisə məhz burada yaşanıb.
Jurnalistlərin məlumatına görə, Corcina yaxta ilə “Carboneras Marina” qayıq klubuna yollanıb və “La Chumbera” restoranında nahar edib. Məhz orada bir azarkeş xanıma yaxınlaşaraq, dekabrın 22-də oynanılacaq nağd pul tirajı üçün lotereya biletini ona təqdim edib. Corcina nəzakətlə hədiyyəni qəbul edib.


