Futbol üzrə Braziliya millisinin və “Tottenhem”in mərkəz hücumçusu Riçarlison psixoloqla məsləhətləşəcəyini etiraf edib.
Arena.az bu barədə “Globo Esporte”yə istinadən məlumat verir.
“Mən meydanda xoşbəxt komanda oyunçusuyam, komandaya kömək etməyə çalışıram. Amma bəzən hər şey bizim istədiyimiz kimi baş vermir. Düşünürəm ki, bu, meydandan kənarda baş verənlərlə bağlı olub, yolumda maneəyə çevrilib. Hətta əgər sən hər şeyi düzgün etmək istəsən də, hər şey gərək olmadığı kimi gedir. Son beş ay mənim üçün meydandan kənarda təlatümlü oldu. İndi evdə hər şey qaydasındadır. Yalnız mənim pulumla maraqlanan insanlar getdilər.
İndi hər şey öz axarı ilə getməlidir. Mən İngiltərəyə qayıdıram və psixoloqun qəbuluna düşməyə hazırlaşıram. Daha güclü olmaq üçün bunu edəcəyəm. İnanıram ki, millinin növbəti oyunlarına çağırış alacağam, “Tottenhem”də də səylə çalışacağam. Əminəm ki, hər şey düzələcək”, deyə hücumçu inamını nikbin ruhda ifadə edib.
Riçarlison 2022-ci iyulundan “Tottenhemdə” çıxış edir. Braziliyalı hücumçunun “mahmızlar”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Yenicə başlamış cari mövsümdə o, “Totenhem”in heyətində 5 qoyuna çıxıb, 1 qol vurub.
Riçarlison 2018-ci ilin sentyabr ayında debüt etdiyi Braziliya millisinin heyətində 46 oyuna çıxıb, 20 qol vurub, 8 məhsuldar ötürmə verib. O, “selesao” ilə 2019 Amerika Kubokunun və 2020 Olimpiya Oyunlarının qalibi və ən sərrast futbolçusu olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı Rişarlisonu 48 milyoon avro məbləğində qiymətləndirir.


