Almaniyanın “Union Berlin” klubunun italyan mərkəz müdafiəçisi Leonardo Bonuççi “Yuventus”dan ayrılması haqda danışıb.
Arena.az “Sport Mediaset” dərgisinə istinadən Bonuççinin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Oktyabr ayında mənə “Yuventus”dan kənarlaşdırıldığım, gələcək layihə barədə məlumat verildiyi ağ yalandır. Əslində, oktyabr ayında müqavilənin uzadılması üçün danışıqları davam etdirmək imkanım peyda oldu: biz birlikdə irəli getdik, çünki klub mənim paltardəyişmə otağında olmağımın vacibliyini anladı.
Sonra məşqçi ilə müsahibədə eşitdim ki, guya onlar mənə bu ilin fevralında bir daha “Yuventus” komandasının bir hissəsi olmayacağımı deyiblər. Bu da doğru deyil: məşqçi məni yalnız martın sonunda, “Frayburq”la Avropa Liqası oyunundan əvvəl kabinetinə çağıraraq dedi ki, onun fikrincə, futboldan gedərək, məşqçilik karyerasına başlamaq pis olmazdı. Mən cavab verdim ki, onun fikrinə hörmət edirəm, amma 2024-cü il Avropa çempionatına qədər dayanmaq istəmirəm.
Bu görüşdən sonra, mayın sonuna qədər, “Milan”la son ev oyunundan sonra mən daha heç kimlə danışmamışam. Klubla görüş zamanı mənə bildirdilər ki, bu mövsümə Qatti, Bremer, Danilo və gənc oyunçudan sonra müdafiədə beşinci və ya altıncı seçim olaraq başlayaram və qalanları üçün kürt olaram. Problem yaratmaq istəməyərək razılaşdım. Son nəticədə hər şey keçən mövsümdəki kimi odu.
Sonra iyulun 13-də Cuntoli (“Yuventus”un idman direktoru – redaktorun qeydi) və Manna (Cuntolinin köməkçisi – redaktorun qeydi) evimə gəldilər və məni alçaltdılar. Dedilər ki, daha “Yuventus”un bir hissəsi olmayacağam. Ki hətta mənim paltardəyişmə otağında və meydanda olmağım klubun inkişafına mane olacaq”, deyə Bonuççi acı-acı və təəssüflə bildirib.
“Yuventus”da parladı, fikir ayrılığı qalmaqalla bitdi
36 yaşlı Bonuççinin karyerası İtaliya klublarında keçib. Müdafiəçinin futbolda yüksəlişi “Yuventus”un adı ilə bağlıdır. 2010-cı ildə “qoca sinyora”ya qoşulmuş Bonuççi 2017/2018 mövsümünü keçdiyi “Milan”da oynayaraq, yenidən Turin klubuna qayıdıb.
Geridə qalmış 2022/2023 mövsümü ərzində Bonuççi “Yuventus”un heyətində 26 oyuna çıxıb, 2 qol vurub. Bonuççinin “Yuventus”dakı ümumi statistikası isə belədir: 502 oyun, 37 qol, 10 məhsuldar ötürmə.
Bu ilin yay transfer pəncərəsində Bonuççi “Yuventus” rəhbərliyi və məşqçilər qərargahı ilə fikir ayrılığı səbəbilə “qoca sinyora”dan ayrılmaq qərarına gəlib və azad agent qismində “Union Berlin”ə keçib. Tərəflər arasına 1 illik – müddəti 2024-cü ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Cari mövsümdə Bonuççi “dəmir ittifaq”ın heyətində hələ debüt etməyib.
Leonardo Bonuççi hazırda kapitanı olduğu, İtaliya yığmasının heyətində 2010-cu ilin mart ayında debüt edib və yığmada 121 oyun keçirib, 8 qol vurub, 7 məhsuldar ötürmə verib. Bonuççu “skuadra adzurra” ilə 2021-ci ildə keçirilmiş Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 36 yaşlı Leonardo Bonuççini 1,5 milyon avro məbləğində qiymətləndirir.


