Ceff Monson: “Uşaqları və çətin yeniyetmələri çalışdıracağam”

Qarışıq döyüş sənəti üzrə amerikan döyüşçü Ceff Monson uşaqları və çətin yeniyetmələri çalışdırmaq niyyətindən danışıb.

Arena.az Rusiyanın TASS agentliyinə istinadən Monsonun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Uşaqlar və çətin yeniyetmələr üçün ustad dərsləri keçirəcəyəm. Həmçinin Başqırdıstan Respublikası Daxili İşlər Nazirliyinin yetkinlik yaşına çatmamış cinayətkarların müvəqqəti saxlanma mərkəzində uşaq və yeniyetmələrlə görüşməyi nəzərdə tutmuşam. Onlara tutaşma (qrepplinq – redaktorun qeydi) təlimləri ilə məşğul olmaq imkanı vermək lazımdır”, deyə Monson bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Ceff Monson “Vahid Rusiya” partiyasının Başqırdıstan regional şöbəsinin deputatı seçilib.

Ceff Monsonun 52 yaşı var. Amerikan döyüşçü peşəkar debütünü 1997-ci ildə edib. Zəngin karyerası ərzində Monson Çak Liddell, Forrest Qriffin, Tim Silviya, Coş Barnett, Roy Nelson, Sergey Xaritonov, Daniel Kormye, Fyodor Yemelyanenko, Aleksey Oleynik, Aleksandr Yemelyanenko və İvan Ştırkov kimi döyüşçülərlə qarşılaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: