Çimərlik voleybolu üzrə Avropa Kuboku keçiriləcək – İlk dəfə!

Bu il Avropa Voleybol Konfederasiyasının təşkilatçılığı ilə ilk dəfə çimərlik voleybolu üzrə Avropa Kuboku keçiriləcək.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, turnir həm qadınlar, həm də kişilər arasında təşkil olunacaq. Yarışın əsas məqsədi yerli federasiyalarla əməkdaşlığın genişləndirilməsi, həmçinin klub səviyyəsində çimərlik voleybolu üzrə yarışların sayının artırılmasıdır.

Klublar arasında Avropa Kuboku 5-8 oktyabr tarixlərində Türkiyənin Balıkəsir şəhərində keçiriləcək. Yarışın mükafat fondu 10 000 avrodur.

Qeyd edək ki, bu turnirdə Azərbaycan təmsilçiləri də iştirak edəcəklər. Ölkəmiz yarışda həm qadın, həm də kişi klubu ilə təmsil olunacaq. Azərbaycanı bu yarışda hansı komandaların təmsil edəcəyi hələ dəqiqləşməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: