Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2023/2024 mövsümünün 3-cü turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qarşılaşma baş tutub.
“Füzuli” “Qusar”ı, “Baku Sportinq” “Şahdağ Qusar”ı, “Göygöl” “Kür-Araz”ı məğlub yola salıb. Beş qolun qeydə alındığı “Şəmkir” – “Dinamo” matçında isə qonaqlar qələbə qazanıblar.
Beləliklə, 3 turdan sonra maksimum nəticə göstərən “Şəki Siti” və “Cəbrayıl” 9 xalla zirvəyə şərikdirlər. “Lerik”, “Göygöl”, “Dinamo”,, “Füzuli” və “Baku Sportinq”in 6 xalı var.
İkinci Liqa
3-cü tur
18 sentyabr
“Kürmük Qax” – “Cəbrayıl” 0:3
Qollar: Əli Nəcəfli, 16, 19; Mübariz Hüseynzadə, 90+5.
Hakimlər: Səbuhi Bayramov, Elman Kərimov, Tərlan Talıbzadə, Vüqar Alıyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Qax OİK stadionu, 15:00.
“Şəki Siti” – “Ağdaş” 2:1
Qollar: Ceyhun Rəcəbli, 79. Ravil Yusifli, 82 – Oleq Xəlilov, 54.
Hakimlər: Vüqar Həsənli, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Maqsud Şamıyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elman Musayev.
Şəki şəhər stadionu, 16:00.
“Lerik” – “Şəfa” 6:1
Qollar: Kamran Abdullazadə, 6. Qədir Həsənov, 7. Zaur Nuruzadə, 44. Balarza Qədirli, 45+1. Şəhriyar Zərbəliyev, 56. Vüsal Nuriyev, 90+2-pen – Sahib Cümşüdov, 36.
Hakimlər: Rövşən Rəcəbov, Sənan Atayev, Samir Qaracayev, Rəsul Babayev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Lənkəran OİK stadionu, 16:00.
19 sentyabr
“Füzuli” – “Qusar” 1:0
Qol: Təmraz Əmircanov, 54-pen.
Hakimlər: Şamil İmanzadə, Zakir Şükürzadə, Sevda Nuriyeva, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “ASK Arena”, 13:00.
“Baku Sportinq” – “Şahdağ Qusar” 2:1
Qollar: Emil Həsənzadə, 5. Ülvi Quliyev, 52 – Salman Atlıxanov, 30.
Hakimlər: Murad Səlimov, Aydın Bəxşiyev, Gülnurə Əkbərzadə, Emin Abdullayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Binə qəsəbə stadionu, 15:00.
“Göygöl” – “Kür-Araz” 4:2
Qollar: Vüqar Əşrəfli, 12; 90+8. Ziyabil Məmmədov, 72; 90+4 – Elnur Məmmədov, 80. Ramazan Abbasov, 83-pen.
Hakimlər: Mahmud Bağırzadə, Anar Bədəlov, Mirnihad Seyidov, Kamil Aydınov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Göygöl OİK stadionu, 15:30.
“Şəmkir” – “Dinamo” 2:3
Qollar: Sənan Həsənov, 52. Kərəm Əhmədli, 61 – Vüqar Əlizadə, 18; 27. Valeh Seyidov, 28.
Hakimlər: Elvin Bayramov, Asif Abdullayev, Rasim Axundov, İrşad Aydınov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şəmkir OİK stadionu, 16:00.



