Avropa Liqasında qrup mərhələsinə start verilir

Bu gün futbol üzrə Avropa Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinə start veriləcək. Arena.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutacaq.

Azərbaycan çempionu “Qarabağ” da qrup mərhələsindəki ilk matçını bu gün keçirəcək. Ağdam təmsilçisi Bakıda Norveçin “Molde” komandasını qəbul edəcək.

Təmsilçimizin yer aldığı H qrupunun digər oyununda “Bayer” (Almaniya) “Hakken”i (İsveç) sınağa çəkəcək.

Avropa Liqasında qrup mərhələsinin ilk turu çərçivəsində keçiriləcək bütün oyunların siyahısını təqdim edirik:

Avropa Liqası
Qrup mərhələsi, 1-ci tur
21 sentyabr

A qrupu
23:00. “Olimpiakos” (Yunanıstan) – “Frayburq” (Almaniya)
23:00. “Vest Hem” (İngiltərə) – “Baçka Topola” (Serbiya)

B qrupu
23:00. “Ayaks” (Niderland) – “Olimpik” (Marsel, Fransa)
23:00. “Brayton” (İngiltərə) – AEK (Afina, Yunanıstan)

C qrupu
23:00. “Reyncers” (Şotlandiya) – “Betis” (İspaniya)
23:00. “Sparta” (Praqa, Çexiya) – “Aris” (Limasol, Kipr)

D qrupu
23:00. “Atalanta” (İtaliya) – “Rakuv” (Polşa)
23:00. “Şturm” (Avstriya) – “Sportinq” (Portuqaliya)

E qrupu
20:45 LASK (Avstriya) – “Liverpul” (İngiltərə)
20:45. “Yunion” (Belçika) – “Tuluza” (Fransa)

F qrupu
20:45. “Panatinaikos” (Yunanıstan) – “Vilyarreal” (İspaniya)
20:45. “Renn” (Fransa) – Makkabi (Hayfa, İsrail)

G qrupu
20:45. “Şerif” (Moldova) – “Roma” (İtaliya)
20:45. “Servett” (İsveçrə) – “Slaviya” (Praqa, Çexiya)

H qrupu
20:45. “Bayer” (Almaniya) – “Hakken” (İsveç)
20:45. “Qarabağ” (Azərbaycan) – Molde (Norveç)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: