Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan və Bakıda baş tutacaq cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkü atılıb.
Arena.az xəbər verir ki, bu gün baş tutan püşkatma mərasimində Beynəlxalq Cüdo Federasiyası (BCF), Azərbaycan Cüdo Federasiyası (ACF) və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin (GİN) rəsmiləri iştirak ediblər.
Beynəlxalq Cüdo Federasiyasının baş direktoru Vlad Marinesku turnirdə 61 ölkədən 447 idmançının gələn il Parisdə keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün mübarizə aparacağını bildirib. Marinesku Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerin adından bütün idmançılara uğurlar arzu edib.
ACF-nın baş katibi Rəşad Rəsullu Bakıdakı “Böyük Dəbilqə” yarışının Olimpiya Oyunları ərəfəsində idmançılara reytinq xalı toplamaq üçün əla imkan yaratdığını bildirib.
Azərbaycan cüdoçularının ilk rəqibləri
Daha sonra yarışın püşkü atılıb. Püşk nəticəsində Azərbaycan idmançılarının da ilk rəqibləri müəyyənləşib:
60 kq
Balabəy Ağayev – Lukhumi Çkvimiani (Gürcüstan)
Əhməd Yusifov – Jorre Verstraeten (Belçika)
Rövşən Əliyev – Lior Rafailov (İsrail)
Nazir Talıbov – Giorgi Sardalaşvili (Gürcüstan)
66 kq
Qasım Vəlizadə – Antoni De Angelis (Latviya)
Yaşar Nəcəfov – Yermek Amangeldi (Qazaxıstan)
Rəşad Yelkiyev – Lukas Saha (Finlandiya)/Yanislav Gerçev (Bolqarıstan) cütünün qalibi
Ruslan Paşayev – Tal Fliçer (İsrail)
73 kq
Hidayət Heydərov – Askar Narkulov (Qazaxıstan)
Telman Vəliyev – Faye Njie (Qambiya)
Nurlan Osmanov – Dioqo Sesar (Qvineya Bissau)
Rəşid Məmmədəliyev – Benjamin Axus (Fransa)
81 kq
Məmmədrza Hacızadə – Arnaud Areqba (Fransa)/Məhəmməd Rebahi (Qətər) cütünün qalibi
Elcan Şəfiyev – Antonio Espozito (İtaliya)/Hrafn Arnarsson (İslandiya) cütünün qalibi
Zelim Tçkayev – Aleks Barto (Slovakiya)
Məhərrəm İmamverdiyev – Aibol Nussanali (Qazaxıstan)
90 kq
Murad Fətiyev – Srcan Mrvalyeviç (Monteneqro)
Elcan Hacıyev – Aleksandr Sidoruk (İJF)
Əjdər Bağırov – Yermakhan Anuarbekov (Qazaxıstan)
Musa Hüseynli – Yahor Varapayev (İJF)/Aleks Kret (Rumıniya) cütünün qalibi
100 kq
Ruslan Nəsirli – Zlatko Kumriç (Xorvatiya)
Zelim Kotsoyev – Matias Madsen (Danimarka)
+100 kq
İmran Yusifov – Kamzat Saparbayev (Fransa)
Rəşid Məmmədəliyev – Juscelino Nasimento (Braziliya)
Uşangi Kokauri – Karl Stefansson (İslandiya)/Joao Kesarino (Braziliya)
Ramazan Əhmədov – Tamerlan Başayev (İJF)
Qadınlar
48 kq
Ramilə Əliyeva – Marusa Stanqar (Sloveniya)
Şəfəq Həmidova – Meri de Varqas (Çili)
Leyla Əliyeva – Tamar Malca (İsrail)
52 kq
Gültac Məmmədəliyeva – Joana Dioqo (Portuqaliya)
57 kq
Nərgiz Hacıyeva – Timna Nelson Levi (İsrail)
70 kq
Günel Həsənli – Eliza Vroblevska (Polşa)
Südabə Ağayeva – Darya Kramoykina (İJF)


