AFFA “Şəmkir”ə texniki məğlubiyyət verdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, müzakirələrdən sonra Birinci Liqanın 2-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

Birinci Liqa, 2-ci tur

MOİK – “İmişli” görüşündə MOİK-in futbolçusu Həsrət Mürsəlov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib.

“Şamaxı” – “Araz Saatlı” oyununda “Araz Saatlı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalanmdığına görə sözügedən klub 70 manat cərimə edilib.

“Difai Ağsu” – “Zaqatala” oyununda “Difai Ağsu”nun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə sözügedən klub 70 manat cərimə edilib.

“Mingəçevir” – “Qaradağ Lökbatan” oyununda “Mingəçevir”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə sözügedən klub 70 manat cərimə edilib. “Mingəçevir”in futbolçusu Elmin Bayramov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Mingəçevir” buna görə də 80 manat cərimə edilib. “Mingəçevir”in digər futbolçusu Əsgər Hüseynov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Klub buna görə də 80 manat cərimə edilib.

İkinci Liqa, 3-cü tur

AFFA İntizam Komitəsi İkinci Liqanın 3-cü turunun oyunlarındakı qayda pozuntularına da hüquqi qiymət verib:

“Lerik” – “Şəfa” görüşünün oyunöncəsi iclasında qonaq komanda iştirak etmədiyinə görə “Şəfa” klubu 80 manat cərimə edilib. Qonaq komanda oyuna gec gəldiyinə görə görüş gec başladığı üçün “Şəfa” klubu 100 manat cərimə edilib.

“Şəki Siti” – “Ağdaş” oyununda “Ağdaş”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə qonaq komanda 70 manat cərimə edilib. “Şəki Siti”nin futbolçusu Süleyman Rauflu ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. “Şəki Siti” buna görə 50 manat cərimə edilib. “Şəki Siti” oyunun ilkin protokolunu elektron protokol sistemində gec təsdiq etdiyinə görə klub 100 manat cərimə edilib. Təcili Tibbi Yardım avtomobili oyuna təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Şəki Siti” klubu 100 manat cərimə edilib. Oyundan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şəki Siti” 80 manat cərimə edilib.

“Füzuli” – “Qusar” oyununda “Qusar”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə Qusarın eyniadlı klubu 70 manat cərimə edilib.

“Baku Sportinq” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə Qusar klubu 70 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Baku Sportinq” klubu 80 manat cərimə edilib. “Şahdağ Qusar” klubu oyunun ilkin protokolunu elektron protokol sistemində gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.

“Şəmkir” – “Dinamo” oyununda “Şəmkir”in heyətində adı oyunun rəsmi protokolunda olmayan 30 nömrəli futbolçu Kərəm Əhmədli meydançaya daxil olduğuna görə meydan sahiblərinə 0:3 hesablı texniki məğlubiyyət verilib. “Şəmkir” klubu buna görə 400 manat cərimə edilib.

“Göygöl” – “Kür-Araz” oyununda “Kür-Araz”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Kür-Araz” 70 manat cərimə edilib. “Kür-Araz”ın 6 nömrəli futbolçusu Ağasən Əsgərov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Kür-Araz” buna görə 80 manat cərimə edilib. “Kür-Araz”ın futbolçusu Əzəmət Müseyibov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Kür-Araz” klubu buna görə də 80 manat cərimə edilib. “Göygöl” klubu oyunun ilkin protokolunu elektron protokol sistemində gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: