Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 7-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki görüş baş tutub.
Səfərdə “Klermon”la qarşılaşan son çempion PSJ bu oyundan xal itkisi ilə ayrılıb. Oyun qolsuz yekunlaşıb.
Beş qolun qeydə alındığı “Monako” – “Olimpik” (Marsel) matçında isə meydan sahibləri qələbə qazanıblar.
7-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Fransa, Liqa 1
7-ci tur
29 sentyabr
Strasburq – Lans 0:1
Qol: Vahi, 16.
30 sentyabr
Klermon – PSJ 0:0
Monako – Olimpik (Marsel) 3:2
Qollar: Akliuş, 8; 52. Baloqun, 23 – Ndiaye, 1. Jiqo, 18.
1 oktyabr
15:00. Reyms – Olimpik (Lion)
17:00. Havr – Lill
17:00. Nitsa – Brest
17:00. Tuluza – Mets
19:05. Loryan – Monpelye
22:45. Renn – Nant


