Kristiano Ronaldoya qarşı zorlama ilə bağlı yeni ittiham – Foto

“Əl-Nəsr”in portuqal ulduzu Kristiano Ronaldoya qarşı ABŞ vətəndaşı Ketrin Mayorqa tərəfindən zorlama ilə bağlı yeni ittiham irəli sürülüb.

Arena.az bu barədə “Sky News” dərgisinə istinadən məlumat verir.

Xatırladaq ki, Ketrin Mayorqa daha əvvəl ulduz futbolçuya qarşı məhkəmə iddiası qaldırmış, Ronaldonu cinsi təcavüzdə ittiham etmişdi.

Bildirilir ki, qadının daha öncəki iddiası oğurlanmış məxfi sənədlərdən istifadə edildiyi üçün ABŞ-ın müvafiq dairə hakimi tərəfindən rədd edilib. Mayorqanın nümayəndələri hazırda ABŞ Apellyasiya Məhkəməsinin işin rədd edilməsini ləğv etməsi və Mayorqanın 2018-ci ildə ilk dəfə qaldırdığı mülki iddianın bərpası üçün çalışırlar.

Ketrin Mayorqa 2018-ci ildə portuqal futbolçunun Las-Veqasda ona təcavüz etdiyini açıqlamışdı. Qadının məlumatına görə, hadisə 2009-cu ildə baş verib. Bundan sonra Ronaldo Mayorqaya susduğu üçün 375 min dollar verib.

Kristiano Ronaldo isə öz növbəsində özünə qarşı irəli sürülmüş ittihamları rədd edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: