Tanınmış “Netflix” şirkəti sabiq ingilis futbolçu, məşhur Devid Bekhem haqqında qısa-sənədli film nümayiş etdirib.
Arena.az məlumat verir ki, serial əfsanəvi britaniyalı idmançının futbolçu karyerasından və gündəlik həyatından bir çox bioqrafik məqamları əks etdirir.
Amma serialda ən çox müzakirə edilən və əks-təsir doğuran parça Devid Bekhemlə həyat yoldaşı arasındakı söhbət olub.
Belə ki, Viktoriya Bekhem adi işçi ailəsindən olduğunu bildirib. Qapı arxasında olan Devid bunu eşidib və çəkiliş prosesinə müdaxilə edib. Keçmiş futbolçu həyat yoldaşını dürüst olmağa dəvət edərək, atasının onu məktəbə hansı lüks avtomobillə apardığını söyləməyə çağırıb.
Viktoriya:
Onlar çox çalışırdılar. Ailəm işçi təbəqədəndir.
Devid:
Dürüst ol!
Viktoriya:
Mən dürüstəm!
Devid:
Atan səni məktəbə hansı maşınla aparırdı?
Viktoriya:
Yaxşı, mənim atam…
Devid:
Xeyr, bir cavab! Onun nə cür maşını vardı?
Viktoriya:
Xub! 80-ci illərdə atamın “Rolls-Roys”u vardı.
Devid:
Təşəkkür edirəm! (Gedir).
Xatırladaq ki, Devid Bekhem karyerası ərzində “Real”, “Mançester Yunayted”, “Preston Nort End”, “Los-Anceles Qalaksi”, “Milan” və PSJ kimi klubların şərəfini qoruyub. O, UEFA Çempionlar Liqası, Qitələrarası Kuboku, İngiltərə və İspaniya çempionluğu, İspaniya Super Kubokunu qazanıb. Bekhem İngiltərə milli komandasında 115 oyunda 17 qol vurub.
Bekhem 2013-cü ildə futbolçu karyerasını başa vurub. O, 1999-cu ildən Viktoriya Bekhemlə evlidir. Cütlüyün 4 uşağı var.
Veteran futbolçu 2014-cü ildən etibarən MLS təmsilçisi “İnter Mayami”nin səhmdarlarından biridir.

:max_bytes(150000):strip_icc():focal(986x510:988x512)/david-victoria-beckham-wedding-1-81081034b05c4a90bfab7782b2dfdd48.jpg)



