AFFA “İrəvan”ı və futbolçularını cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, müzakirələrdən sonra Birinci Liqanın 4-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Zaqatala” – “Karvan” oyununda topdaşıyan şəxslərin yaş limiti pozulduğuna görə “Zaqatala” klubu 80 manat cərimə edilib. Xərəkdaşıyan şəxslərin say limiti pozulduğuna görə “Zaqatala” klubu 80 manat cərimə edilib. “Zaqatala”nın futbolçusu Rüstəm Nuruyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klubu 150 manat cərimə edilib.

“Difai Ağsu” – “Qaradağ Lökbatan” oyununda “Difai Ağsu”nun 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Difai Ağsu” klubu 100 manat cərimə edilib. Xərəkdaşıyan uşaqların yaş limiti pozulduğuna görə “Difai Ağsu” klubu 80 manat cərimə edilib.

MOİK – “Şamaxı” oyununun 57-ci dəqiqəsində MOİK-in futbolçusu İsa Zeynallı ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib. “Şamaxı”nın futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. “Şamaxı”nın futbolçusu Emin Zamanov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 80 manat cərimə edilib.

“Mingəçevir” – “İmişli” oyununda “İmişli”nin futbolçusu Ayhan Arazlı ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib. “İmişli”nin futbolçusu Maqsud Ələkbərov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib. “İmişli”nin məşqçisi Ruhid Usubov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klubu 150 manat cərimə edilib. Oyun günü planının tələbləri pozulduğuna görə “İrəvan” klubu 100 manat cərimə edilib. Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “İrəvan” klubu 100 manat cərimə edilib. Diktor tərəfindən Əsasnamənin tələbləri pozulduğuna görə “İrəvan” klubu 50 manat cərimə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: