Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
“Mets” doğma meydanda “Nitsa”ya minimal hesabla məğlub olub. Dörd qolun qeydə alındığı “Reyms” – “Monako” matçında da qonaqlar inamlı qələbəyə seviniblər.
Xatırladaq ki, turun qalan bütün görüşləri bazar gününə təsadüf edəcək.
Fransa, Liqa 1
8-ci tur
6 oktyabr
Strasburq – Nant 1:2
Qollar: Dion, 90+2 – Koko, 50. Mutussami, 57.
7 oktyabr
Mets – Nitsa 0:1
Qol: Budaui, 14.
Reyms – Monako 1:3
Qollar: Teuma, 57-pen – Yakobs, 42. Baloqun, 46. Ben Yedder, 49.
8 oktyabr
15:00. Olimpik (Marsel) – Havr
17:00. Brest – Tuluza
17:00. Olimpik (Lion) – Loryan
17:00. Monpelye – Klermon
19:05. Lans – Lill
22:45. Renn – PSJ


