Şamil Əskərov Avropa kubokuna qələbə ilə başladı

Azərbaycan boksçusu Şamil Əskərov Monteneqronun Budva şəhərində keçirilən Avropa kubokuna qələbə ilə başlayıb.

Arena.az xəbər verir ki, 57 kq çəkidə mübarizə aparan yığmamızın üzvü türkiyəli Batuhan Ciftçini mübarizədən kənarlaşdırıb.

O, rəqibini 4:1 (27:30, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib.

Şamil Əskərov 1/4 finalda ispaniyalı Qabriel Eskobarla döyüşəcək. Görüş oktyabrın 11-də olacaq.

Rauf Rəhimov (92 kq) isə Emmanuel Reyeslə (İspaniya) qarşılaşıb. Rəqib mərhələ adladığından boksçumuz yarışla vidalaşıb.

Xatırladaq ki, 29 ölkədən 156 boksçunun qatıldığı Avropa kubokunun ikinci günü Azərbaycanın 3 idmançısı rinqə çıxacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: