“Zirə” və “Sumqayıt” milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə zamanı yoxlama görüşündə üz-üzə gələcəklər.
Arena.az xəbər verir ki, bu barədə Zirənin eyniadlı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, qarşılaşma oktyabrın 14-də təşkil olunacaq. Zirə İdman Kompleksində keçiriləcək görüşə saat 15:00-da start veriləcək.
Xatırladaq ki, “Zirə” Azərbaycan Premyer Liqasında birinci dövrəni 19 xalla ilk sırada başa vurub. “Sumqayıt” isə 11 xalla 7-ci yeri tutub.


