Cüdo üzrə Azərbaycan millisinin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, yığmamız bu yarışda 14 idmançı ilə təmsil olunacaq.
Heyətdə yer alan idmançılardan 10-u kişi, 4-ü qadın cüdoçudur. Kişilərin mübarizəsində bu cüdoçularımız mübarizə aparacaqlar:
Əhməd Yusifov, Rövşən Əliyev (hər ikisi 60 kq)
Ruslan Paşayev, Kəramət Hüseynov (hər ikisi 66 kq)
İbrahim Əliyev, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq)
Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq)
Uşanqi Kokauri, Camal Qamzatxanov (hər ikisi +100 kq)
Qadın cüdoçularımızdan isə bu idmançılar Əbu-Dabidə tatamiyə çıxacaqlar:
Leyla Əliyeva (48 kq)
Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq)
Fidan Əlizadə (57 kq)
Xatırladaq ki, Əbu-Dabidəki “Böyük Dəbilqə” turniri 24-26 oktyabr aralığında baş tutacaq.


