Qadın voleybolçulardan ibarət “Azərreyl” komandası bu gün avrokuboklarda 2023/2024 mövsümünə start verəcək.
Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi Çelenc Kubokunun 1/32 final mərhələsində ilk matçına çıxacaq.
Komandamız bu mərhələdə Ukraynanın “Balta” kollektivi ilə mübarizə aparacaq. Bu rəqiblə ilk oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq. Zala giriş sərbəstdir.
Bu komandalar oktyabrın 18-də eyni məkanda cavab oyununda qarşılaşacaqlar.
Çelenc Kuboku
1/32 final mərhələsinin ilk oyunu
17 oktyabr
20:00. “Azərreyl” – “Balta”
Bakı. Voleybol Mərkəzi.


