“Transfermarkt” Liqa 1-in ən bahalı 10 futbolçusunu açıqladı

“Transfermarkt” internet-portalı aralıq yeniləməsinin nəticəsinə əsasən Fransa Liqa 1-in ən bahalı oyunçularının siyahısını dərc edib.

Arena.az xəbər verir ki, ilk onluqda doqquz oyunçunun PSJ-ni təmsil etməsi maraq doğurur.

Siyahıya PSJ-nin və Fransa yığmasının ulduz hücumçusu Kilian Mbappe başçılıq edir. Kilianın həmklubu, 2-ci pillədə qərarlaşmış hücumçu Randal Kolo Muaninin bazar qiyməti ilə Mbappenin bazar qiyməti arasında 100 milyon avro fərq var.

Fransa Liqa 1-in ən bahalı 10 futbolçusunun siyahısını təqdim edirik:

  1. Kilian Mbappe (PSJ, 180 milyon avro);
  2. Randal Kolo Muani (PSJ, 80 milyon avro);
  3. Nuno Mendes (PSJ, 65 milyon avro);
  4. Əşrəf Hakimi (PSJ, 65 milyon avro);
  5. Markinyos (PSJ, 65 milyon avro);
  6. Conatan Devid (“Lill”, 60 milyon avro);
  7. Usman Dembele (PSJ, 60 milyon avro);
  8. Manuel Uqarte (PSJ, 55 milyon avro);
  9. Uorren Zair-Emeri (PSJ, 50 milyon avro);
  10. Qonsalo Ramos (PSJ, 50 milyon avro).
Xəbəri sosial şəbəkələrdə paylaş: