Şahmat: Millimizin Avropa çempionatı üçün heyəti bəlli oldu

10-21 noyabr aralığında Monteneqronun Budva şəhərində şahmat üzrə komandalar arasında Avropa çempionatı keçiriləcək.

Arena.az xəbər verir ki, mötəbər yarışda iştirak edəcək Azərbaycanın yığma komandalarının heyəti müəyyənləşib.

Bu barədə Azərbaycan Şahmat Federasiyasının rəsmi saytı məlumat yayıb.

Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin heyətinə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abbasov, Rauf Məmmədov və Vasif Durarbəyli daxil ediliblər. Şahmatçı Qədir Hüseynov qitə çempionatına kapitan qismində yollanacaq.

Qadın şahmatçılardan ibarət milliyə isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova dəvət olunublar. Qadın yığmasının kapitanı Mixail Şereşevski ilə Yevgeni Tomaşevski olacaqlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: