“İnter”in yarımmüdafiəçisi Nikolo Barellanı qanunsuz mərc qoyuluşlarında ittiham etmiş jurnalist Maurisio Petra futbolçudan üzr istəyib.
Arena.az bu barədə “La Verita” dərgisinə istinadən məlumat verir.
Maurisio Petranın məşhur jurnalist-insayder Fabrisio Koronanın məlumat mənbəyi olması vurğulanır.
“Bu səhvə görə ondan üzr istəmək istəyirəm. Onun adını çəkməyim səhvən olub. Dolaşmışam, çünki son vaxtlar onun haqqında çox danışırlar”, deyə Petra bildirib.
Cümə günü, oktyabrın 20-də “İnter”in yarımmüdafiəçisi Barella qeyri-qanuni mərc qoyuluşlarında iştirakı ilə bağlı yalan məlumatın yaydığına görə Maurisio Petraya qarşı məhkəmə davasına başlayacağını açıqlamışdı.
Bu arada, İtaliya mətbuatı mərc qalmaqalında təxminən 50 nəfərin əli ola biləcəyini yazıb. Barellanı da şübhəlilər siyahısına daxil edirdilər.


