Liqa 1: Lion “Olimpik”i autsayderə də uduzdu, son pilləyə düşdü

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 9-cu turunun sonuncu oyunları keçirilib.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha altı qarşılaşma baş tutub.

“Tuluza” – “Reyms” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifyaətləniblər. “Loryan” “Renn”i, “Lill” “Brest”i, “Nant” “Monpelye”ni, “Monako” “Mets”i məğlub yola salıb. Lion “Olimpik”i isə “Klermon”la ev oyununda xalsız qalıb.

Beləliklə, 9 turdan sonra 20 xala malik “Monako” vahid liderdir. “Nitsa” 19 xalla ikinci, PSJ 18 xalla üçüncü pillədə qərarlaşıb. “Lill” və “Brest” 15, “Reyms” və “Nant” 14, Marsel “Olimpik”i 12, “Renn” və “Tuluza” 11, “Havr”, “Loryan” və “Strasburq” 10, “Monpelye” və “Lans” 9, “Mets” 8 xal toplayıb.

İlk qələbəsini Lionda qazanmış “Klermon” xalını 5-ə çatdıraraq sonuncu pillədən qurtulub. Əvəzində elə bu komandanın gözlənilmədən məğlub etdiyi Lion “Olimpik”i (3 xal) isə sonuncu pilləyə yuvarlanıb. Nə qədər qəribə olsa da, hazırda Liqa 1-də qələbəyə həsrət yeganə komanda məhz Lion “Olimpik”idir.

Fransa, Liqa 1
9-cu tur
20 oktyabr

Havr – Lans 0:0

21 oktyabr

PSJ – Strasburq 3:0
Qollar: Mbappe, 10-pen. Soler, 31. F.Ruis, 77.

Nitsa – Olimpik (Marsel) 1:0
Qol: Gessand, 79.

22 oktyabr

Loryan – Renn 2:1
Qollar: Omari, 4-öz qapısına. Ture, 45+1 – Blas, 21.

Lill – Brest 1:0
Qol: Y.Yazıcı, 6.

Nant – Monpelye 2:0
Qollar: Molle, 44. Bamba, 74.

Tuluza – Reyms 1:1
Qollar: Dallinq, 51 – Riçardson, 48.

Monako – Mets 2:1
Qollar: Qolovin, 42; 55 – Kamara, 4.

Olimpik (Lion) – Klermon 1:2
Qollar: Ojye, 52-öz qapısına – Çam, 10. Maqnin, 35.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: