Azərbaycan cüdoçuları Latviyanın paytaxtı Riqada keçirilən yeniyetmələr arasında Avropa Kubokunda 12 medal qazanıblar.
Arena.az xəbər verir ki, 21-22 oktyabrda baş tutmuş turnirdə Azərbaycan cüdoçuları 4 qızıl, 3 gümüş və 5 bürünc medal əldə ediblər.
Cüdoçularımız yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında birinci yeri tutublar.
İki gün davam edən yarışda Azərbaycan oğlanlar arasında 7 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunub. Cüdoçularımız turnirin ilk günündə 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə ediblər. Son gündə isə yığmamızın üzvləri daha 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.
Komandamızın heyətində Bahadır Feyzullayev (50 kq), Mirxaliq İsgəndərov (60 kq), Ümüd Qurbanov (66 kq) və Sübhan Axundov (+90 kq) qızıl medal əldə ediblər. Rüstəm Qasımzadə (50 kq), Əli Qazıməmmədov (81 kq) və Rəsul Səmədli (+90 kq) gümüş medalla kifayətləniblər. Nihad Məmişov (55 kq), Səlim Sultanov, Səid Şərifov (hər ikisi 66 kq), Cəsur İbadlı (73 kq) və Mehdi Abbasov isə bürünc medal əldə ediblər.


