Azərbaycanı voleybol üzrə Çelenc Kubokunda təmsil edəcək “Xarı Bülbül” (Şuşa) komandası sabah bu turnirdə ilk oyununa çıxacaq.
Arena.az xəbər verir ki, təmsilçimiz 1/32 final mərhələsində Slovakiyanın “Spartak” (Miyava) kollektivi ilə üz-üzə gələcək.
Tərəflərin qarşılıqlı razılığına əsasən, hər iki oyun Bakıda keçiriləcək. Oktyabrın 25-dəki qarşılaşmada təmsilçimiz, ertəsi gün isə rəqib meydan sahibi sayılacaq. Hər iki matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək və saat 18:00-da başlayacaq. Azarkeşlər üçün zala giriş sərbəstdir.
Qeyd edək ki, hər iki qarşılaşma “CBC Sport” televiziya kanalı vasitəsilə yayımlanacaq. 25 oktyabrda keçiriləcək oyun “CBC Sport”un “Youtube” kanalı vasitəsilə yayımlanacaq. Oktyabrın 26-da baş tutacaq cavab matçı isə televiziya vasitəsilə canlı yayımlanacaq.
Çelenc Kuboku
1/32 final
25 oktyabr
18:00. “Xarı Bülbül” – “Spartak”
26 oktyabr
18:00. “Spartak” – “Xarı Bülbül”


