Beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyası tərəfindən yeni təyinat alıb.
Arena.az xəbər verir ki, o, kişi voleybolçular arasında keçiriləcək Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ikinci qrupunun matçlarında hakimlik edəcək.
Bu qrupun oyunları oktyabrın 24-dən 26-na kimi Serbiyanın paytaxtı Belqrad şəhərində baş tutacaq.
Eldar Zülfüqarov 3 gün davam edəcək oyunları bolqarıstanlı Konstantin Yovçevlə birgə idarə edəcək.


