“OnlyFans”ın seks ulduzu Skay Bri bildirib ki, “Mançester Yunayted”in futbolçularından sosial şəbəkədə ismarışlar alıb.
Arena.az bu barədə “Goal” portalına istinadən məlumat verir.
“Son vaxtlar şəxsi ismarışlarımda o qədər futbolçu var ki, bu, bir az qəribədir… Sanki bir dəstədirlər. Elə, “Mançester Yunayted”dən olanlar da”, deyə Bri bildirib.
Vurğulayaq ki, əvvəllər də mətbuatda müvafiq mövzuda xəbərlər peyda olurdu. Amma “Mançester Yunayted”in mövsümə uğursuz başlaması mənzərəsində bu məlumat azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb.
Xatırladaq ki, “OnlyFans” böyüklər (+18 ) üçün portaldır.






