19 yaşadək qızlardan ibarət Azərbaycan millisinin (U-19) Avropa çempionatının (AÇ-2024) seçmə mərhələsi üçün heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildrilir ki, U-19 yığmamız seçmə mərhələyə hazırlıq məqsədilə noyabrın 1-dən 5-nə qədər Bakıda təlim-məşq toplanışı keçəcək. Baş məşqçi Həbib Ağayev toplanışa 19 futbolçu dəvət edib:
- Şahməmmədova Mehriban – Neftçi
- İsmayılova Güləsər – Neftçi
- Əkbərova Aydan – Baku Cuniors
- Ziyadova Aysel – Şəmkir
- Mirzəyeva Aytac – Neftçi
- Hüseynli Fatiməyi Zəhra – Sumqayıt
- Həsənli Səma – Qəbələ
- Seyidova Müjgan – Neftçi
- Əhmədova Fatimə – Baku Cuniors
- Həsənova Aydan – Neftçi
- Kocabey Buse Nur – Asyaspor (Türkiyə)
- Əliyeva Röya – Baku Cuniors
- Hacıyeva Mələk – Baku Cuniors
- Piriyeva Şəkər – Neftçi
- Murtuzayeva Aysu – Neftçi
- Haqverdiyeva İntizar – Neftçi
- Abbaszadə Lalə – Neftçi
- Əliyeva Nailə – Baku Cuniors
- Abışova Fidan – Baku Cuniors
Xatırladaq ki, AÇ-2024-ün seçmə mərhələsinin oyunları UEFA Millətlər Liqası formatında təşkil olunacaq. Azərbaycan yığması B Liqasının 3-cü qrupunda Kosovo, Sloveniya və Moldova ilə mübarzə aparacaq. Bu qrupun oyunları noyabrın 6-dan 15-nə qədər Sloveniyada baş tutacaq.
Azərbaycan millisinin oyunlarının təqvimini diqqətinizə çatdırırıq:
Azərbaycan – Kosovo
8 noyabr. Breziçe. Saat 15:00
Sloveniya – Azərbaycan
11 noyabr. Çatej. Saat 15:00
Moldova – Azərbaycan
14 noyabr. Breziçe. Saat 15:00
Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.


