“Qarabağ” üçün “Bayer”lə səfər sınağı

Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının 2023/2024 mövsümünün qrup mərhələsi çərçivəsində üçüncü matçına çıxacaq.

Arena.az xəbər verir ki, H qrupunda yer alan Azərbaycan çempionu səfərdə Almaniyanın “Bayer” komandası ilə qarşılaşacaq.

Leverkuzen şəhərindəki “BayArena” stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

“Bayer” də Avroliqanın qrup mərhələsinə Azərbaycan çempionu kimi, iki qələbə ilə başlayıb. Hətta sözügedən komanda daha yaxşı göstəricilərə görə birinci pillədə qərarlaşıb. İndi bu iki komanda öz arasındakı oyunda zirvəyə daha çox kimin layiq odlluğunu müəyyənləşdirməyə çalışacaq.

“Bayer” bu mövsüm Almaniya çempionatında da 8 oyuna topladığı 22 xalla birinci pillədə qərarlaşıb. Bu komanda hər iki turnirdə məğlubiyyət tanımır və cəmi 1 heç-heçəsi var. Ağdam klubu isə Azərbaycan çempionatında geridə qalmış 10 turda 20 xal toplayıb və 2-ci pillədə qərarlaşıb. İki məğlubiyyət almış çempionumuz daxili arenada bu mövsüm 2 heç-heçə və 2 məğlubiyyət də görüb.

Azərbaycan çempionu Avroliqanın qrup mərhələsinin ilk turunda Norveçin “Molde” komandasını Bakıda, İsveç təmsilçisi “Hakken”i isə səfərdə 1:0 hesabıyla məğlub edib.

Qeyd edək ki, bu gün qrupun digər matçında “Molde” doğma meydanda “Hakken”i sınağa çəkəcək.

Avropa Liqası
H qrupu, 3-cü tur
26 oktyabr

23:00. “Bayer” – “Qarabağ”
Baş hakim: Horatiu Feşniç (Rumıniya)
Baş hakimin köməkçiləri: Valentin Avram, Alexandru Çerei (hər ikisi Rumıniya)
Dördüncü hakim: Sabolş Kovaç (Rumıniya)
VAR: Tiaqo Martins (Portuqaliya)
AVAR: Paolo Valeri (İtaliya)
Leverkuzen. “BayArena”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: