Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
“Reyms” doğma meydanda “Loryan”ı tək qolla üstələyib. “Lans” isə evdə “Nant”la qarşılaşmada 4 cavabsız qolla qalib gəlib.
10-cu turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Fransa, Liqa 1
10-cu tur
27 oktyabr
Klermon – Nitsa 0:1
Qol: Budaui, 74.
28 oktyabr
Reyms – Loryan 1:0
Qol: Esbrand, 84.
Lans – Nant 4:0
Qollar: Sotoka, 27-pen; 71-pen. Medina, 58. Aynaui, 89.
29 oktyabr
16:00. Brest – PSJ
18:00. Lill – Monako
18:00. Mets – Havr
18:00. Monpelye – Tuluza
20:05. Renn – Strasburq
23:45. Olimpik (Marsel) – Olimpik (Lion)


