Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha beş qarşılaşma baş tutub.
“Mets” – “Havr” matçında qapılara qol vurulmayıb. “Renn” – “Strasburq” görüşündə də qalib müəyyənləşməyib.
Son çempion PSJ səfərdə “Brest”lə qarşılaşıb. Beş qolun qeydə alındığı bu oyunda Paris təmsilçisi çətin qələbəyə sevinib.
Səfərdə “Lill” ilə qarşılaşan “Monako” turu xalsız başa vurub. “Monpelye” isə “Tuluza” ilə ev oyununda darmadağına sevinib.
Bu gün Lion və Marsel “Olimpik”ləri arasında keçiriməli olan oyun isə təxirə salınıb. Buna marselli azarkeşlərin oyundan öncə rəqib komandanın avtobusunu daşqalaq etməsi səbəb olub. Hadisə nəticəsində Lion təmsilçisinin baş məşqçisi Fabio Qrosso ciddi xəsarətlər alıb.
Fransa çempionatında 10 turdan sonra 22 xala malik “Nitsa” vahid liderdir. PSJ 21 xalla ikinci, “Monako” 20 xalla üçüncü pillədə qərarlaşıb. “Lill” 18, “Reyms” 17, “Brest” 15, “Nant” 14, “Renn”, Marsel “Olimpik”i və “Lans” isə 12 xal toplayıblar.
Fransa, Liqa 1
10-cu tur
27 oktyabr
Klermon – Nitsa 0:1
Qol: Budaui, 74.
28 oktyabr
Reyms – Loryan 1:0
Qol: Esbrand, 84.
Lans – Nant 4:0
Qollar: Sotoka, 27-pen; 71-pen. Medina, 58. Aynaui, 89.
29 oktyabr
Brest – PSJ 2:3
Qollar: Munye, 43. Le Duaron, 52 – Zair-Emeri, 16. Mbappe, 28; 89.
Lill – Monako 2:0
Qollar: Kavaleyro, 32. Diakite, 42.
Mets – Havr 0:0
Monpelye – Tuluza 3:0
Qollar: Adams, 13; 63. Fayad, 63.
Renn – Strasburq 1:1
Qollar: Truffer, 23 – Motiba, 81.
Olimpik (Marsel) – Olimpik (Lion) matçı təxirə salınıb


